Xankəndi şəhərində polis əməkdaşları döyüş silah-sursatları aşkarlayıb.
BUTA.TV xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Şəhər ərazisində 2 ədəd AKS-74, 1 ədəd AK-74M, 4 ədəd AK-47, 1 ədəd AK-103, 4 ədəd AKMS, 5 ədəd AK-74 markalı avtomat silah, 2 ədəd TOZ markalı ov tüfəngi, 1 ədəd APS markalı tapança, 2 ədəd “Makarov” markalı tapança, 6 ədəd qumbara, 1 ədəd PK markalı pulemyot, 2536 ədəd müxtəlif çaplı patron, 4 ədəd süngü-bıçaq, 39 ədəd patron darağı və 30 ədəd daraq aşkar olunub.
Ağdərə şəhəri ərazisində də 1 ədəd F-1 qumbarası, 919 ədəd avtomat patronu, 9 ədəd patron darağı və 1 ədəd süngü bıçaq tapılıb.
Silah-sursat Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aşkarlanıb.
- Bu, Bakının mühüm jestidir - Rubio
- Qanlı 20 Yanvardan 36 il ötür
- Mehriban Əliyevadan 20 Yanvarla bağlı paylaşım
- Azərbaycan Pakistana başsağlığı verdi
- Heydər Əliyev də Davos forumunda iştirak edir - Foto
- İlham Əliyevlə bərabər, Paşinyan da bu mükafata layiq görüldü
- İlham Əliyev ÜST-ün baş direktoru ilə görüşdü
- Tramp “Yeni BMT” yaradır: üzvlük haqqı 1 milyard - Bakı da qoşulacaq?