Almaniya qanunvericiliyi səfərbərlikdən yayınmaq üçün ölkəyə gələn kişilərin Ukraynaya ekstradisiyasına icazə vermir.
BUTA.TV xəbər verir ki, bu sözləri “Velt am Sonntag” qəzetinə müsahibəsində Almaniyanın ədliyyə və istehlakçıların hüquqlarının müdafiəsi naziri Marko Buşman deyib.
“Mən Ukrayna hökumətinin ukraynalı kişilərin orduda xidmət etmək üçün vətənlərinə qayıtmaq istəyini başa düşürəm. Amma bu ölkənin ədliyyə naziri kimi deyirəm ki, Almaniyadakı hüquqi vəziyyət bu şəxslərin ekstradisiyasına imkan vermir”, - nazir bildirib.
Qeyd edək ki, Almaniya hökumətinin məlumatına görə, 2022-ci ilin fevralından bəri Ukraynadan Almaniyaya 18-60 yaş arası 221 571 kişi gedib.
- Bu, Bakının mühüm jestidir - Rubio
- Qanlı 20 Yanvardan 36 il ötür
- Mehriban Əliyevadan 20 Yanvarla bağlı paylaşım
- Azərbaycan Pakistana başsağlığı verdi
- Heydər Əliyev də Davos forumunda iştirak edir - Foto
- İlham Əliyevlə bərabər, Paşinyan da bu mükafata layiq görüldü
- İlham Əliyev ÜST-ün baş direktoru ilə görüşdü
- Tramp “Yeni BMT” yaradır: üzvlük haqqı 1 milyard - Bakı da qoşulacaq?