Azərbaycan Respublikası prezidentliyinə namizədliyi qeydə alınan Zahid Oruc Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri vəzifəsi üzrə vəzifələrinin icrasını dayandırıb.
Bu barədə BUTA.TV-a STM-dən bildirilib.
Qeyd edilib ki, Mərkəzi Seçki Komissiyasının 06 yanvar 2024-cü il tarixli qərarı ilə 2024-cü il fevralın 7-nə təyin edilən növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində namizədliyi öz təşəbbüsü ilə irəli sürülən Zahid Məhərrəm oğlu Oruc namizəd kimi qeydə alınıb.
"7 yanvar 2024-cü il tarixindən Azərbaycan Respublikasının Seçki Məcəlləsinin 69.2-ci maddəsinin tələbinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidenti seçkilərində namizədliyi qeydə alınmış Zahid Məhərrəm oğlu Oruc Sosial Tədqiqatlar Mərkəzi Publik Hüquqi Şəxsin İdarə Heyətinin sədri vəzifəsi üzrə xidməti vəzifələrinin icrası ödənişsiz məzuniyyətə göndərilməklə müvəqqəti dayandırıb.
Zahid Oruc Azərbaycan Respublikasının Seçki Məcəlləsinin 70.1-ci maddəsinə əsaslanaraq və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 130-cu maddəsinə uyğun olaraq qeydə alındığı gündən seçkilərin nəticələrinin rəsmi dərc edildiyi günədək ərizəsində göstərilən müddət üzrə ödənişsiz məzuniyyət götürüb", - məlumatda vurğulanıb.
- Heydər Əliyev də Davos forumunda iştirak edir - Foto
- İlham Əliyevlə bərabər, Paşinyan da bu mükafata layiq görüldü
- İlham Əliyev ÜST-ün baş direktoru ilə görüşdü
- Tramp “Yeni BMT” yaradır: üzvlük haqqı 1 milyard - Bakı da qoşulacaq?
- Nəsimi Nəbizadə "Qurtuluş"undan danışdı
- Ceyhun Bayramov Rubio ilə telefon danışığı apardı
- Rza Pəhləvinin Sultan Əhmədə xəyanəti
- İlham Əliyevə verilən mükafat daha öncə kimlərə təqdim edilib?