Cənubi Koreya ordusu öz hərəkətləri və əsassız bəyanatları ilə yalnız özləri üçün ani ölümə çevrilə biləcək düzəlməz fəlakətlər gətirir.
BUTA.TV xəbər verir ki, Şimali Koreya lideri Kim Çen İnin bacısı Kim Yo Çjon deyib.
“Artıq açıq şəkildə qeyd edildiyi kimi, ordumuz ən kiçik təxribata dərhal atəşlə cavab verəcək. Son zamanlar hərbi qanqsterlərin (Cənubi Koreya hərbçiləri nəzərdə tutulur – red.) müəyyən reaksiya prinsipini ifadə edən sevimli sözləri “dərhal, güclü və sona kimi”dir. Onlar yadda saxlamalıdırlar ki, bu sözləri təkrarlamaqda israrlı olmaları “ani ölüm, məcburi ölüm və tam son” ilə nəticələnə bilər. Şimali Koreya hərbçiləri heç bir artilleriya atəşi həyata keçirməyib, yalnız 130 mm-lik artilleriyasının yaylım atəşini simulyasiya edən 60 partlayıcını işə salıb. Cənubi Koreya hərbçiləri də şimalı dərhal təxribatçı və gərginliyin artmasında əsas günahkar kimi göstərməyə çalışaraq bu tələyə düşdülər”, - Çjon bildirib.
- Heydər Əliyev də Davos forumunda iştirak edir - Foto
- İlham Əliyevlə bərabər, Paşinyan da bu mükafata layiq görüldü
- İlham Əliyev ÜST-ün baş direktoru ilə görüşdü
- Tramp “Yeni BMT” yaradır: üzvlük haqqı 1 milyard - Bakı da qoşulacaq?
- Nəsimi Nəbizadə "Qurtuluş"undan danışdı
- Ceyhun Bayramov Rubio ilə telefon danışığı apardı
- Rza Pəhləvinin Sultan Əhmədə xəyanəti
- İlham Əliyevə verilən mükafat daha öncə kimlərə təqdim edilib?