Rusiya qvardiyası öz resurslarını, eləcə də şəxsi heyətini gücləndirir. Özəl hərbi şirkətləri quruma cəlb edir.
BUTA.TV xəbər verir ki, bu barədə Böyük Britaniyanın Müdafiə Nazirliyi X şəbəkəsində məlumat yayıb.
“Rusiya qvardiyası Ukraynaya qarşı müharibə ilə əlaqədar Rusiyanın daxili təhlükəsizliyində baş verən hadisələr nəticəsində resurslarını və şəxsi heyətini gücləndirməyə başlayıb. Belə ki, 3 oktyabr 2023-cü ildə “Vaqner”in bölmələri Rusiya qvardiyasının tərkibinə daxil oldu, 3 yanvar 2024-cü ildə isə “dxr”in “Şərq” batalyonu Rusiya qvardiyasının tərkibinə qatıldı. “Kaskad” qrupunun da Rusiya qvardiyasına cəlb edilməsi planlaşdırılır. 2023-cü ilin iyulunda Dövlət Duması Rusiya qvardiyasına daha ağır silahlardan istifadə etməyə icazə verib. Təcrübəli veteranların da qvardiyaya cəlb edilməsi, eyni zamanda, qurum üçün tanınan yeni imkanlar, ehtimal ki, qvardiyanın döyüş effektivliyinin əhəmiyyətli dərəcədə artmasına hesablanıb”, - məlumatda deyilir.
- Heydər Əliyev də Davos forumunda iştirak edir - Foto
- İlham Əliyevlə bərabər, Paşinyan da bu mükafata layiq görüldü
- İlham Əliyev ÜST-ün baş direktoru ilə görüşdü
- Tramp “Yeni BMT” yaradır: üzvlük haqqı 1 milyard - Bakı da qoşulacaq?
- Nəsimi Nəbizadə "Qurtuluş"undan danışdı
- Ceyhun Bayramov Rubio ilə telefon danışığı apardı
- Rza Pəhləvinin Sultan Əhmədə xəyanəti
- İlham Əliyevə verilən mükafat daha öncə kimlərə təqdim edilib?