Erməni mediası guya Azərbaycan Ordusunun əsgərlərinin Göyçə mahalının Zod kəndinə girməsi barədə iddia yayıb.
BUTA.TV xəbər verir ki, “Hraparak” “öz mənbəsinə istinadla” Azərbaycan əsgərlərinin 31 dekabr 2023-cü il saat 22:00-dan 1 yanvar 2024-cü il səhərə qədər Zod kəndi istiqamətində erməni hədəflərini atəşə tutduğunu, “xoşbəxtlikdən” heç bir itki olmadığını iddia edib.
Hətta Azərbaycanlı əsgərləri Zod mədəninin tualetinə girərək, “ermənilər üçün” siqaretlər qoyduğunu və təhqiramiz sözlər yazdığını da bildirib.
Hərbi mənbələrdən əldə etdiyimiz məlumatda isə qeyd edilib ki, bu, tamamilə yalan, sülh sazişi ilə bağlı danışıqların sürətləndiyi indiki mərhələdə Ermənistan müxalifətinə bağlı media qurumlarının uydurduğu və daxili auditoriyanı çaşdırmağa istiqamətlənən feykdir.
Mənbə həmçinin vurğulayıb ki, artıq aylardır sərhəddə heç bir gərginlik yaşanmır və görünür, bu sakitlik və müsbət notlar kimlərisə narahat edir.
Xatırladaq ki, erməni nəşri də Ermənistan Müdafiə Nazirliyinə sorğu verdiyini, ancaq təsdiq ala bilmədiyini yazmaqla, məlumatın feyk olduğunu dolayısı ilə təsdiqləyib.
- Heydər Əliyev də Davos forumunda iştirak edir - Foto
- İlham Əliyevlə bərabər, Paşinyan da bu mükafata layiq görüldü
- İlham Əliyev ÜST-ün baş direktoru ilə görüşdü
- Tramp “Yeni BMT” yaradır: üzvlük haqqı 1 milyard - Bakı da qoşulacaq?
- Nəsimi Nəbizadə "Qurtuluş"undan danışdı
- Ceyhun Bayramov Rubio ilə telefon danışığı apardı
- Rza Pəhləvinin Sultan Əhmədə xəyanəti
- İlham Əliyevə verilən mükafat daha öncə kimlərə təqdim edilib?