«Azərenerji»ASC-nin sabiq prezidenti Etibar Pirverdiyevin “Şahdağ Qusar”dan tələbi bəlli olub.
O, ötən ilin avqustunda fəıaliyyətini bərpa edən klubdan II Liqaya vəsiqə qazanmasını istəyib. BUTA.TV sportinfo-ya istinadən xəbər verir ki, keçmiş məmur bu məqsədlə kollektivə 250 min manat büdcə ayırıb. Komandaya vəsait Pirverdiyevin idarəetməsində olan şirkət tərəfindən ödənilir.
Vəd edilib ki, qarşıya qoyulan məqsəd yerinə yetirilərsə, yəni, I Liqaya yol açılarsa, büdcə bir qədər də artırılacaq.
Hələlik Qusar təmsilçisinin II Liqada işləri yaxşı gedir. Şimallılar qış fasiləsinə turnir cədvəlinin ikinci pilləsində ollanıb.
30 xala malik «Şahdağ» lider «Baku Sportinq»dən 7 xal geri qalır.
- Heydər Əliyev də Davos forumunda iştirak edir - Foto
- İlham Əliyevlə bərabər, Paşinyan da bu mükafata layiq görüldü
- İlham Əliyev ÜST-ün baş direktoru ilə görüşdü
- Tramp “Yeni BMT” yaradır: üzvlük haqqı 1 milyard - Bakı da qoşulacaq?
- Nəsimi Nəbizadə "Qurtuluş"undan danışdı
- Ceyhun Bayramov Rubio ilə telefon danışığı apardı
- Rza Pəhləvinin Sultan Əhmədə xəyanəti
- İlham Əliyevə verilən mükafat daha öncə kimlərə təqdim edilib?