İsrailin suveren bir dövlətdə bunu etməsini pisləyirəm. Əslində, İsrail Baş naziri Benyamin Netanyahunun ifrat sağçı hökumətinin zərbələr endirmək üçün qonşu ölkələrə sızmasını qəbul etmirəm.
BUTA.TV xəbər verir ki, bunu fransalı siyasətçi Matilde Panot HƏMAS siyasi bürosunun sədr müavini Saleh əl-Arurinin Livanda öldürülməsinə münasibət bildirərkən deyib.
O, bu cür hərəkətlərin beynəlxalq hüquqa uyğun olmadığını, Livanın suveren dövlət olduğunu vurğulayıb:
“Baxın, məsələn, belçikalı hərbi cinayətkar və ya terror aktı törətdiyi iddia edilən biri Parisdə gizlənsəydi və Belçika bu şəxsi Parisdə öldürmək üçün pilotsuz təyyarələr göndərsəydi, mən sevinməzdim".
Qeyd edək ki, HƏMAS-ın Beyrutdakı ofisinə pilotsuz təyyarənin hücumu nəticəsində HƏMAS siyasi bürosunun sədr müavini Saleh əl-Aruri də daxil olmaqla, 7 nəfər həlak olub.
- Tramp “Yeni BMT” yaradır: üzvlük haqqı 1 milyard - Bakı da qoşulacaq?
- Nəsimi Nəbizadə "Qurtuluş"undan danışdı
- Ceyhun Bayramov Rubio ilə telefon danışığı apardı
- Rza Pəhləvinin Sultan Əhmədə xəyanəti
- İlham Əliyevə verilən mükafat daha öncə kimlərə təqdim edilib?
- Fransadan Bakının ermənilərlə bağlı qərarına reaksiya
- Baş Prokurorluq nazirliyə bu həkimlə bağlı təqdimat göndərdi
- İlham Əliyev Davosda Andre Esteveslə görüşdü