Aygünün ən böyük arzusu Şuşaya getmək idi.
BUTA.TV xəbər verir ki, bu sözləri Avroviziya-2011-in qalibi Nigar Camal əməkdar artist Aygün Bəylərin vida mərasimində deyib.
“Aygün Bəylərin vəfatı çox böyük itkidir. Sonuncu dəfə dekabrın 30-da danışmışıq. Türkiyəyə yola düşürdü. Ən böyük arzusu Şuşaya getmək idi. Dedi ki, hər şey yaxşı olsa, Şuşaya gedəcəyəm. Çox təəssüf belə oldu. Çox çətindir. Allah rəhmət eləsin”.
Qeyd edək ki, Aygün Bəylər 6 yanvarda Ankarada müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
- Tramp “Yeni BMT” yaradır: üzvlük haqqı 1 milyard - Bakı da qoşulacaq?
- Nəsimi Nəbizadə "Qurtuluş"undan danışdı
- Ceyhun Bayramov Rubio ilə telefon danışığı apardı
- Rza Pəhləvinin Sultan Əhmədə xəyanəti
- İlham Əliyevə verilən mükafat daha öncə kimlərə təqdim edilib?
- Fransadan Bakının ermənilərlə bağlı qərarına reaksiya
- Baş Prokurorluq nazirliyə bu həkimlə bağlı təqdimat göndərdi
- İlham Əliyev Davosda Andre Esteveslə görüşdü