Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) küləkli hava şəraiti ilə bağlı vətəndaşlara müraciət edib.
BUTA.TV xəbər verir ki, ETSN-in mətbuat katibi İradə İbrahimova ölkə ərazisində havanın dəyişməsi ilə bağlı əhaliyə ehtiyatlı davranmaları üçün zəruri məqamları diqqətə çatdırıb.
"Küləkli hava şəraiti ilə bağlı insanlara tikinti aparılan yerlərdən, iri gövdəli ağaclardan aralıda durmağı, avtomobillərini ağacların altında saxlamamağı məsləhət görürük. Küləyin təsirlərindən qorunmaq üçün xəbərdarlıqlara əməl olunmasını bir daha rica edirik. Gözlənilən hava şəraiti ilə bağlı yenilənən məlumatları meteo.az saytından əldə edə bilərsiniz", - nazirlik rəsmisi vurğulayıb.
Qeyd edək ki, yanvarın 10-da hava şəraitinin dəyişəcəyi, qısamüddətli güclü şimal-qərb küləyinin əsəcəyi, küləyin maksimal sürətinin 18-23 m/s, arabir 25-28 m/s, gecə yarımadanın bəzi yerlərində arabir 30-33 m/s-dək güclənəcəyi gözlənilir.
- Tramp “Yeni BMT” yaradır: üzvlük haqqı 1 milyard - Bakı da qoşulacaq?
- Nəsimi Nəbizadə "Qurtuluş"undan danışdı
- Ceyhun Bayramov Rubio ilə telefon danışığı apardı
- Rza Pəhləvinin Sultan Əhmədə xəyanəti
- İlham Əliyevə verilən mükafat daha öncə kimlərə təqdim edilib?
- Fransadan Bakının ermənilərlə bağlı qərarına reaksiya
- Baş Prokurorluq nazirliyə bu həkimlə bağlı təqdimat göndərdi
- İlham Əliyev Davosda Andre Esteveslə görüşdü