Zabaykal dəmir yolunun Aleur-Buşuley hissəsində yük qatarının 27 vaqonu yoldan çıxıb.
BUTA.TV xəbər verir ki, bu barədə “Rusiya Dəmir Yolları” məlumat yayıb.
Bildirilib ki, hazırda bərpa qatarları hadisə yerinə gedir, 2 saylı Moskva - Vladivostok və 329 saylı Çita - Blaqoveşensk qatarları hərəkəti dayandırılıb.
"2024-cü il yanvarın 9-da saat 19:17-də (Moskva vaxtı ilə) Zabaykal dəmir yolunun Aleur-Buşuley hissəsində 27 yük qatarı vaqonu relsdən çıxıb. Digər relsin qabariti pozulub. Xəsarət alan olmayıb, ətraf mühit üçün təhlükə yoxdur”, - deyə bildirilib.
- Tramp “Yeni BMT” yaradır: üzvlük haqqı 1 milyard - Bakı da qoşulacaq?
- Nəsimi Nəbizadə "Qurtuluş"undan danışdı
- Ceyhun Bayramov Rubio ilə telefon danışığı apardı
- Rza Pəhləvinin Sultan Əhmədə xəyanəti
- İlham Əliyevə verilən mükafat daha öncə kimlərə təqdim edilib?
- Fransadan Bakının ermənilərlə bağlı qərarına reaksiya
- Baş Prokurorluq nazirliyə bu həkimlə bağlı təqdimat göndərdi
- İlham Əliyev Davosda Andre Esteveslə görüşdü