Beyləqanda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü məsuliyyətə cəlb edilib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan BUTA.TV-a verilən məlumata görə, Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbir nəticəsində, idarəsində olan “Mersedes-Benz” markalı nəqliyyat vasitəsi ilə yol-hərəkəti qaydasını pozduğuna görə, rayon sakini Rahil İsmayılov saxlanılıb.
Müvafiq araşdırmalar zamanı sürücünün avtomobili narkotik vasitənin təsiri altında idarə etdiyi müəyyən edilib. Həmin sürücü barəsində inzibati qaydada protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib.
O məhkəmənin qərarına əsasən bir ay müddətinə inzibati qaydada həbs edilib və sürücülük hüququ iki il müddətinə məhdudlaşdırılıb.
- İlham Əliyev Davosda Andre Esteveslə görüşdü
- Sədr Hacıqabul və Şirvandan olan vətəndaşları qəbul etdi
- Rusiya və İranda problemlər: İrəvan Azərbaycana ümid edir
- FHN 20 Yanvarla bağlı anım tədbiri keçirdi - Foto
- Leyla Əliyeva Efiopiyanın baş naziri ilə görüşdü
- Bu şəxslər Azərbaycana ekstradisiya edildi
- Türkiyə Hacıbəylini niyə təhvil vermir? - Şübhəli məqamlar
- İrəvandan Türkiyə və Azərbaycanla bağlı açıqlama