Rusiya ordusu aktiv döyüş əməliyyatlarının bütün istiqamətlərində ləng hücumunu davam etdirir. Amma çox yavaş. Ukrayna ordusu hər yerdə müdafiəyə keçib. Kiyevin əks-hücum əməliyyatı nəinki faktiki olaraq dayandı, hətta rəsmi olaraq ləğv edildi.
BUTA.TV xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markov deyib.
“Rusiya ordusunun güclü zərbələri davam edir. Üç növ məqsəd var: Zelenskinin bərpa etmək istədiyi Ukrayna hərbi-sənaye kompleksi, hərbi anbarlar və hava hücumundan müdafiə sistemləri. Ukrayna Silahlı Qüvvələri isə Krımın hava hücumundan müdafiəsini yarmaq üçün ora zərbələr endirir. Onlar Rusiya əhalisini qorxutmaq üçün Belqorod və Donetsk şəhərlərinin yaşayış məntəqələrində terror aktları həyata keçirir. Hesab olunur ki, hərbi əməliyyatlar texnoloji dalana dirənib.
Hamını maraqlandırır ki, Ukraynanın əks-hücumunun məğlubiyyətindən sonra Rusiya döyüşləri texnoloji dalan vəziyyətindən çıxarmaq üçün nəsə fikirləşib, nəticədə hücuma başlayacaq? Yoxsa hər şey bu vəziyyətdə qalacaq və qoşunlar aylarla bir neçə “nöqtə” ətrafında hərəkət edəcəklər? Əksəriyyəti sonuncunu ən çox ehtimal olunan variant kimi görür. Rusiyadakı optimistlər isə hücuma və Ukraynanın resurslarının tükənəcəyinə inanırlar”, - o bildirib.
- İlham Əliyev Davosda Andre Esteveslə görüşdü
- Sədr Hacıqabul və Şirvandan olan vətəndaşları qəbul etdi
- Rusiya və İranda problemlər: İrəvan Azərbaycana ümid edir
- FHN 20 Yanvarla bağlı anım tədbiri keçirdi - Foto
- Leyla Əliyeva Efiopiyanın baş naziri ilə görüşdü
- Bu şəxslər Azərbaycana ekstradisiya edildi
- Türkiyə Hacıbəylini niyə təhvil vermir? - Şübhəli məqamlar
- İrəvandan Türkiyə və Azərbaycanla bağlı açıqlama