Bu il fevralın 7-nə təyin edilmiş növbədənkənar prezident seçkilərində prezidentliyə namizədlər işğaldan azad edilmiş ərazilərdə təşviqat apara biləcəklər.
BUTA.TV xəbər verir ki, Mərkəzi Seçki Komissiyası (MSK) bunun üçün yerlər ayrıb.
Komissiyanın açıqladığı siyahıda Zəngilan rayonunun Ağalı kəndi, Şuşa şəhəri, Laçın şəhəri və Laçın rayonunun Zabux kəndi yer alıb.
Belə ki, namizədlər Şuşa şəhər 1 saylı tam orta məktəbin akt zalında, Zəngilan rayonu, Ağalı kəndindəki Fəvvarələr meydanında, Ağalı kənd tam orta məktəbin akt zalında, Laçın şəhəri bulvar ərazisində, Laçın şəhərində yerləşən Lasinema Kino Mərkəzində, Laçın rayon Zabux kənd tam orta məktəbin qarşısında, Zabux kənd tam orta məktəbin akt zalında seçicilərlə görüşə biləcəklər.
Xatırladaq ki, bu il fevralın 7-nə təyin edilmiş növbədənkənar prezident seçkiləri işğaldan azad edilmiş ərazilərdə keçiriləcək ilk seçkidir.
- İlham Əliyev Davosda Andre Esteveslə görüşdü
- Sədr Hacıqabul və Şirvandan olan vətəndaşları qəbul etdi
- Rusiya və İranda problemlər: İrəvan Azərbaycana ümid edir
- FHN 20 Yanvarla bağlı anım tədbiri keçirdi - Foto
- Leyla Əliyeva Efiopiyanın baş naziri ilə görüşdü
- Bu şəxslər Azərbaycana ekstradisiya edildi
- Türkiyə Hacıbəylini niyə təhvil vermir? - Şübhəli məqamlar
- İrəvandan Türkiyə və Azərbaycanla bağlı açıqlama