Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında energetika sahəsində əməkdaşlığa dair dörd sənəd imzalanıb.
BUTA.TV xəbər verir ki, bu barədə Energetika Nazirliyi məlumat yayıb.
Məlumata görə, bunlar “BƏƏ-nin İnvestisiya Nazirliyi və Azərbaycanın Energetika Nazirliyi arasında elektrik enerjisinin ötürülməsi layihələri üzrə İnvestisiya Əməkdaşlığına dair Anlaşma Memorandumu”, “Azərbaycanın bərpa olunan və təmiz enerji potensialından istifadənin daha da gücləndirilməsi və Yaşıl Enerjinin İxracı Əməliyyatlarına imkan verən Strateji Əməkdaşlıq üzrə Çərçivə Müqaviləsi”, “Azərbaycanda quruda quraşdırılacaq 1 QVt gücündə günəş və külək layihələrinin inşası üçün Tədbirlər Təqvimi (Yol Xəritəsi)”, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Əbu Dabi Milli Neft Şirkəti (ADNOC) arasında Strateji Əməkdaşlıq Sazişidir.
Anlaşma Memorandumu enerji sektorunda, xüsusilə elektrik enerjisinin ötürülməsi layihələrində investisiya əməkdaşlığı üzrə çərçivənin yaradılmasını, şəbəkənin inkişafını, texniki bilik və təcrübə mübadiləsini nəzərdə tutur. Strateji Əməkdaşlıq sənədi isə quruda 2 QVt günəş, 2 QVt külək, dənizdə 6 QVt külək enerjisi layihələri ilə yanaşı, damüstü günəş enerjisi layihələri, “yaşıl hidrogen”, “yaşıl ammonyak,” sintetik metan, dayanıqlı aviasiya yanacağı istehsalı və “yaşıl enerji”nin ixracı kimi yeni istiqamətlər üzrə əməkdaşlığı, investisiya imkanlarının öyrənilməsini əhatə edir. “Azərbaycanda quruda quraşdırılacaq 1 QVt gücündə günəş və külək layihələrinin inşası üçün Tədbirlər Təqvimi (Yol Xəritəsi)” 2 günəş və 1 külək enerjisi layihələrinin 2024-2027-ci illər üzrə icra tədbirlərini əks etdirir.
- Tramp “Yeni BMT” yaradır: üzvlük haqqı 1 milyard - Bakı da qoşulacaq?
- Nəsimi Nəbizadə "Qurtuluş"undan danışdı
- Ceyhun Bayramov Rubio ilə telefon danışığı apardı
- Rza Pəhləvinin Sultan Əhmədə xəyanəti
- İlham Əliyevə verilən mükafat daha öncə kimlərə təqdim edilib?
- Fransadan Bakının ermənilərlə bağlı qərarına reaksiya
- Baş Prokurorluq nazirliyə bu həkimlə bağlı təqdimat göndərdi
- İlham Əliyev Davosda Andre Esteveslə görüşdü