Dövlət Sərhəd Xidmətinin generalı Aqil Babayevin bacısı oğlu Ümid Aydın oğlu Aydınov qız qaçırdığı üçün həbs olunub.
BUTA.TV Unikal.az-a istinadən xəbər verir ki, əslən Şəki rayonundan olan Ümid Aydınov dostu ilə birgə Qax rayonunda evlənmək məqsədi ilə S. Abdullayevanı qaçırıb.
Ancaq qız evi şikayət etdiyindən Ümid Aydın oğlu Aydınov və Elvin Nemət oğlu Həmidov barəsində Cinayət Məcəlləsinin 144.2.3-cü (adam oğurluğu - qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə) və 149.1-ci (Zorlama - yəni zərərçəkmiş şəxsə və ya başqa şəxslərə qarşı zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə onunla cinsi əlaqədə olma) maddələri ilə ittiham olunub.
Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə hər iki şəxs azadlıqdan məhrum edilib.
Məhkəmə Ümid Aydınova 7 il həbs cəzası verib.
Qeyd edək ki, general-mayor Aqil İnşallah oğlu Babayev Dövlət Sərhəd Xidmətinin Xudat sərhəd dəstəsinin rəisi olub.
- İlham Əliyev Davosda Andre Esteveslə görüşdü
- Sədr Hacıqabul və Şirvandan olan vətəndaşları qəbul etdi
- Rusiya və İranda problemlər: İrəvan Azərbaycana ümid edir
- FHN 20 Yanvarla bağlı anım tədbiri keçirdi - Foto
- Leyla Əliyeva Efiopiyanın baş naziri ilə görüşdü
- Bu şəxslər Azərbaycana ekstradisiya edildi
- Türkiyə Hacıbəylini niyə təhvil vermir? - Şübhəli məqamlar
- İrəvandan Türkiyə və Azərbaycanla bağlı açıqlama