Bir qədər əvvəl Ermənistanın “İctimai” radiosuna müsahibə verən baş nazir Nikol Paşinyanın davranışı müzakirələrə səbəb olub.
BUTA.TV xəbər verir ki, bu barədə sözügedən radionun əməkdaşları mediaya məlumat sızdırıblar. Belə ki, Paşinyan müsahibə üçün gəldiyi binaya daxil olarkən orada məhv olmuş qondarma rejimin “bayrağ”ını görüb və radionun əməkdaşlarına onu endirməyi əmr edib. Radio işçiləri qondarma “bayrağı” endiriblər, müsahibə bitdikdən sonra isə yenidən binaya asıblar. Lakin əraziyə gələn səlahiyyətli şəxslər Paşinyanın xəbərdarlığını radio rəhbərliyinə çatdırıb. Bundan sonra əsgi parçası binanın önündən yığışdırılıb.
Sözügedən məsələ Ermənistan müxalifəti arasında ciddi müzakirələrə səbəb olsa da, cəmiyyətin Qarabağ məsələsinə əvvəlki həssaslıqla yanaşmadığı, bu hadisəyə də reaksiya vermədiyi bildirilir.
Qeyd edək ki, Ermənistanda keçmiş qondarma rejimlə bağlı bir çox şeyə qadağa soyulduğu deyilir.
- İran diplomatiya yolunu tərk etməyib - Ağayi
- İranda müharibə nə qədər davam edəcək?
- Arakçı təcili məktub apardı: Xamenei Putindən nə istəyir?
- Qanunsuz söküntü: Ekskavator sürücüsü azadlığa buraxıldı
- Prezident Goranboya getdi
- İran televiziyasında Azərbaycana hücum çağırışı - Video
- ABŞ Bakıdakı bu tədbiri təxirə saldı
- Elçibəyin İsrail-Azərbaycan münasibətləri barədə tarixi çıxışı