Martın 3-də Göygöl rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı bəzi təfərrüat məlum olub.
BUTA.TV İqtisadiyyat.az-a istinadən xəbər verir ki, toy karvanından qayıdarkən baş verən ağır yol qəzasında dünyasını dəyişən BMV X5-in sürücüsü 26 yaşlı Cavid Mürsəlov vəzifəli şəxsin oğludur.
Onun atası Elşən Mürsəlov Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 12 saylı Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin direktorudur.
Xatırladaq ki, rayonun Üçtəpə kəndində baş verən hadisə zamanı 3 nəfər xəsarət alıb. Belə ki, hərəkətdə olan BMV X5 ilə VAZ-2106 markalı minik maşını toqquşub. Hadisədən sonra BMV X5 yoldan çıxaraq hasara, daha sonra isə ağaca çırpılıb. Qəza zamanı BMW X5-in sürücüsü, 26 yaşlı Cavid Mürsəlov xəstəxanaya aparılarkən yolda ölüb.
- Ümid edirik ki, qazla bağlı Bakı ilə razılaşacağıq - Kobaxidze
- Mais Bərxudarov görün kimlərlə görüşdü - Foto
- İlham Əliyev dövründə ən böyük amnistiya aktları...
- Lavrov bu yolla Azərbaycanı da qorxutmağa çalışır
- Kalugin “hazırıq” dedi – İrəvan rədd etdi
- Azərbaycanlı senator axtarışa verildi
- Prezidentin bu təşəbbüsü xalqımıza ərməğandır
- Milli Məclis bu memorandumu ratifikasiya etdi