Paytaxtın Biləcəri qəsəbəsi, Yəhya Hüseynov küçəsində bədbəxt hadisə baş verib.
Belə ki, martın 26-sı səhər saatlarında liftdə köməksiz qalan 44 yaşlı qadın aldığı xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib. Mərhumun qonşusunun sözlərinə görə, qadın yuxarı qalxmaq istəyəndə qapı bağlanmamış lift hərəkət edib. Nəticədə o, liftin arasında qalıb:
“Bizim lift üç-dörd gündür bu vəziyyətdədir. Əvvəllər də bu cür hadisələr yaşanıb. Çağırırıq, gəlib düzəltmirlər”.
Mərhumun qohumu bildirib ki, anasını xilas etmək istəyəndə oğlu da xəsarət alıb. Onun vəziyyətinin qənaətbəxş olduğu qeyd edilib.
- Qanunsuz söküntü: Ekskavator sürücüsü azadlığa buraxıldı
- Prezident Goranboya getdi
- İran televiziyasında Azərbaycana hücum çağırışı - Video
- ABŞ Bakıdakı bu tədbiri təxirə saldı
- Elçibəyin İsrail-Azərbaycan münasibətləri barədə tarixi çıxışı
- ABŞ-ın İrana zərbəsi: Bakı monitorinqi gücləndirdi
- “İran hilalı” məhv edildi: İndi "baş"a son zərbələr endirilir
- Tələyə düşən İranın qisası: Tehran Türkiyəyə də zərbə endirəcək?