"Kontakt Home" jurnalist Ləman Ələşrəfqızını cərimələyib.
BUTA.TV xəbər verir ki, o bu barədə rəhbəri olduğu "LAF TV"nin efirində danışıb. L.Ələşrəfqızı bildirib ki, bayram günləri olmasına baxlmayaraq, "Kontakt Home" kreditlə götürdüyü kompüterin aylıq ödənişinə cərimə hesablayıb:
"Kontakt Home"-dan kreditlə noutbuk götürmüşəm. Aylıq 231 manat kredit ödəyirəm. Kredit vaxtı martın 20-də idi, bayram gününə düşdü. Nazirlər Kabinetinin də qərarına görə, 20-dən 27-ə qədər bayram günləri idi.
"Kontakt Home" bayram günləri olmasına baxmayaraq, mənə həmin günlərə cərimə yazıb. Hər gün üçün 1 manatdan artıq hesablayıblar".
L.Ələşrəfqızı "Kontakt Home"-un sahibinə səslənib, ona etirazını bildirib: "Kontakt Home"-un başında duran adam deputatdır. Bu adam qanunlara əməl etmək istəmir, belə başa düşürəm. Nazirlər Kabinetinin qərarı ilə bu ölkədə bayramdır. Bunu hamıdan qabaq deputat Elnur Allahverdiyev bilməmiş deyil. Yaxşı bilir ki, Nazirlər Kabineti yeddi gün istiahət verir. Səndən kredit götürən adamlara bu zülmü yaşadırsan. Bu nə deməkdir? Bəlkə mən xaricdəyəm. Tutaq ki, mən Türkiyədə idim, "E-manat" sistemi tapmalıydım? Sən indi varlanacaqsan deyə, kasıbın başında çanaq partladacaqsan?"
- İran niyə vuruldu? – Rusiya ilə anlaşmanın şok təfərrüatı
- İran diplomatiya yolunu tərk etməyib - Ağayi
- İranda müharibə nə qədər davam edəcək?
- Arakçı təcili məktub apardı: Xamenei Putindən nə istəyir?
- Qanunsuz söküntü: Ekskavator sürücüsü azadlığa buraxıldı
- Prezident Goranboya getdi
- İran televiziyasında Azərbaycana hücum çağırışı - Video
- ABŞ Bakıdakı bu tədbiri təxirə saldı