Türkiyənin Diyarbəkir şəhərində plazaya gələn qadın 14-cü mərtəbədən özünü ataraq intihar edib.
BUTA.TV xəbər verir ki, əldə edilən məlumata görə, 45 yaşlı Ayşegül Değer özünü 14-cü mərtəbədən aşağı atıb. Təcili yardıma məlumat verildikdən sonra hadisə yerinə təcili yardım və polis qrupları sövq edilib. Təcili yardım işçiləri müayinə zamanı Ayşegül Değerin öldüyünü müəyyən ediblər. Meyit ekspertiza üçün morqa aparılıb.
Ayşegül Değer adlı müəllimənin ərindən boşandığı və bir uşaq anası olduğu öyrənilib. Onun psixoloji müalicə aldığı və 6 dəfə həyatına son qoymağa cəhd etdiyi öyrənilib.
Hadisə ilə bağlı polisin araşdırması davam edir.
- Azərbaycandan qatar yola düşdü: Alqışlayıram!
- Şahin Şıxlinskinin məhkəməsi başladı
- Abbas Abbasovu bu vəzifəyə hansı prezident gətirmişdi?
- Rusiya və İranın Zəngəzur narahatlığı: hansı addımlar atıla bilər?
- Azərbaycandan Ermənistana neft məhsulları yola salınır
- İlham Əliyev Qətər əmirini təbrik etdi
- Vüqar Əhmədə yüksək etimad: AEA üzvü seçildi
- Əli Kərimlidən yeni xəbər