Malayziyanın Lumut şəhərində iki helikopter təlim uçuşu zamanı qəzaya uğrayıb.
BUTA.TV xəbər verir ki, bu barədə Malayziyanın Yanğınsöndürmə və Xilasetmə Xidməti bildirib. Xidmət hər iki hava gəmisində olan 10 ekipaj üzvünün həlak olduğunu açıqlayıb.
Bildirilib ki, yanaşı uçan helikopterlərdən biri digərinin pərvanəsinə ilişib, bundan sonra hər iki hava nəqliyyatı vasitəsi yerə düşüb.
İlkin məlumata görə, helikopterlərdən biri idman stadionunun pilləkənlərinə, digəri isə stadiondakı hovuza düşüb. Onlardan birində 3, digərində 7 ekipaj üzvü olub.
- Azərbaycandan qatar yola düşdü: Alqışlayıram!
- Şahin Şıxlinskinin məhkəməsi başladı
- Abbas Abbasovu bu vəzifəyə hansı prezident gətirmişdi?
- Rusiya və İranın Zəngəzur narahatlığı: hansı addımlar atıla bilər?
- Azərbaycandan Ermənistana neft məhsulları yola salınır
- İlham Əliyev Qətər əmirini təbrik etdi
- Vüqar Əhmədə yüksək etimad: AEA üzvü seçildi
- Əli Kərimlidən yeni xəbər