Bakı şəhərinin Sabunçu rayonunda avtobusdan yıxılan qadın təkərin altında qalıb.
BUTA.TV xəbər verir ki, Sarvan Şahlar oğlu Məhərrəmovun idarə etdiyi "Daewoo" markalı avtobus Bakı şəhəri, Sabunçu rayonu, Babək küçəsi 157 ünvanında yerləşən "Ayxan" marketin yaxınlığında yerləşən dayanacaqdan hərəkətə başlayarkən avtobusun içərisində olan sərnişin - 1964-cü il təvəllüdlü Tamella Nadir qızı Cəfərova ön giriş qapısından yıxılaraq avtobusun ön sağ təkəri altına düşüb.
O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində cinayət işi başlanılıb, istintaq aparılır.
- Əli Kərimlidən yeni xəbər
- Çin Rusiyanın parçalanmasına hazırlaşır: Bu torpaqları alacaq!
- Hərbi Hava Qüvvələrinin döyüş fəaliyyəti yoxlanıldı
- Azərbaycan-Türkiyə Hərbi Dialoq İclası keçirilir
- Abbasovun xəyanəti, ermənilərlə qohumluğu və Kremlin...
- Ordumuzun məhv etdiyi erməni hərbçilərin ailələrindən tələb
- Ölkədə bu qurumlar birləşdirildi
- Bakcell “İnklüzivlikdə İnnovativ Həllər” tədbirinə dəstək oldu