Moskvada "Tayota Lənd Kruzer" (Toyota Land Cruiser) markalı avtomobil partlayıb, qadın və kişi yaralanıb.
BUTA.TV xəbər verir ki, TASS sözügedən avtomobilin Rusiya Silahlı Qüvvələri Baş Qərargahının peyk rabitəsi üzrə bölməsinin rəis müavini Andrey Torqaşova məxsus olduğunu bildirib. Qeyd edilib ki, hadisə zamanı maşında rəis müavini və xanımı olub.
Partlayış onlar avtomobilə əyləşdiyi zaman baş verib. Hadisənin partlayıcı qurğunun işə düşməsi nəticəsində baş verdiyi vurğulanır. A.Torqaşov partlayış nəticəsində ayağını itirib, xanımı isə qəlpə yaraları alıb. Hər ikisi xəstəxanaya yerləşdirilib.
Partlayış nəticəsində yaxınlıqdakı 5 maşına da ziyan dəyib.
Hazırda istintaq aparılır.
- Lavrov bu yolla Azərbaycanı da qorxutmağa çalışır
- Kalugin “hazırıq” dedi – İrəvan rədd etdi
- Azərbaycanlı senator axtarışa verildi
- Prezidentin bu təşəbbüsü xalqımıza ərməğandır
- Milli Məclis bu memorandumu ratifikasiya etdi
- Azərbaycanla bağlı şayiəni o şərəfsiz yayıb - Ermənistan MN
- Prezident qurultay iştirakçılarına müraciət ünvanladı
- Gürcüstanın Zəngəzur dəhlizinə qarşı olmasının səbəbi...