Baş nazirin 1-ci müavini Yaqub Eyyubovun oğlu Orxan Eyyubov İngiltərənin Berkshire şəhərindəki şirkətlərindən birini bağlayıb.
“BUTA TV” xəbər verir ki, bu barədə Avropada yaşayan araşdırmaçı jurnalist Cavanşir Həsənli yazıb.
Jurnalistin araşdırmasına görə, onun 75 faiz payla sahib olduğu 2020-ci ilin noyabrında Britaniya Şirkətlər Evində qeydiyyatdan keçmiş NEW CANADA LIMITED şirkəti (Qeydiyyat nömrəsi 13044330) bu ilin yanvarında ləğv edilib və reyestrdən çıxarılıb.
“NEW CANADA LIMITED Orxan Eyyubovun təsisçisi olduğu NEW CANADA CAPİTAL LTD-nin törəmə müəssisəsi kimi fəaliyyət göstərib. Sənədlərə görə ləğv olunan şirkətin 25 faiz hissəsi Orxan Eyyubovdan 3 yaş böyük olan ingilis xanim Jennifer Marie Mcdonalda, digər 25 faiz isə onun atası Mr John Macdonalda məxsus olub.
Xatırladım ki, NEW CANADA CAPİTAL LTD-nin ötən ilki maliyyə sənədlərinə əsasən aktivlərinin həcmi 15 milyon funt-sterlinqdən artıq olub”
- İlham Əliyev dövründə ən böyük amnistiya aktları...
- Lavrov bu yolla Azərbaycanı da qorxutmağa çalışır
- Kalugin “hazırıq” dedi – İrəvan rədd etdi
- Azərbaycanlı senator axtarışa verildi
- Prezidentin bu təşəbbüsü xalqımıza ərməğandır
- Milli Məclis bu memorandumu ratifikasiya etdi
- Azərbaycanla bağlı şayiəni o şərəfsiz yayıb - Ermənistan MN
- Prezident qurultay iştirakçılarına müraciət ünvanladı