Azərbaycan dili Ermənistanda 3 məktəbdə tədris olunur.
BUTA.TV Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə təhsil, elm, mədəniyyət və idman naziri Janna Andreasyan deyib.
Nazir qeyd edib ki, Azərbaycan dili hökumətin regional dillər haqqında biliklərin yayılmasını təşviq etmək proqramı çərçivəsində tədris edilir:
“Bu proqrama yalnız 30-a yaxın məktəb qoşulub”.
O qeyd edib ki, mütəxəssislər olduğu üçün fars dili daha aktivdir, daha üç məktəbdə isə gürcü dili tədris olunur:
“Ümumilikdə sorğular göstərib ki, Ermənistanın 400-ə yaxın məktəbi hər hansı regional dilin tədrisini təşkil etmək istəyir”.
Nazir əlavə edib ki, məktəblərin əksəriyyəti türk dilinin lehinə seçim etsələr də, nazirlik ciddi kadr çatışmazlığı ilə üzləşib.
- Azərbaycan San Marinonu məğlub etdi - Video-Yenilənib
- “Məni vurdu, bildirdi ki, evdə desən, qiymətini kəsəcəyəm” - Video
- Bakının bəzi ərazilərində qaz olmayacaq
- Bu evlər cəmi 2 saata hazır olur
- Sel Laza yolunu bu hala saldı - Fotolar
- Dövlət vəsaitini talayan şəxslərə hökm oxundu
- Eynulla Fətullayevin saytını satdığı Adəm İsmayılov kimdir?
- Sahil Tahirli Speys TV-də vəzifəyə təyin olundu