Heydər Əliyev həmin məqamda protokolu pozdu... - Zülfüqarov

11:16 - 5 Noyabr 2025 - GÜNDƏM

 Heydər Əliyev həmin məqamda protokolu pozdu... - Zülfüqarov

Qarabağda qazandığımız zəfərin bünövrəsini Heydər Əliyev hələ 1999-cu ildə qoyub.

BUTA.TV Globalinfo.az-a istinadla xəbər verir ki, bu fikirləri Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov İTV-nin hazırladığı “Təmas xətti” sənədli filmində səsləndirib.

“NATO-nun sammitində (1999-cu ilin apreli – red.) rəsmi olaraq 6 çıxış olmalı idi. ABŞ Prezidenti Bill Klinton tərəfindən işgüzar nahar verilirdi və qalan çıxışlar orada çay içə-içə, yemək yeyəndə baş tuturdu. Prezident Heydər Əliyev dedi ki, “mən gərək əsas tədbirdə çıxış edim”. Bu isə qaydalardan uzaq idi, çünki NATO ölkələri bir kənarda qaldığı halda təşkilata üzv olmayan ölkənin nümayəndəsinin gəlib orada, özü də Prezident Klintondan sonra çıxış etməsi fövqəladə idi.

Münaqişələrin prinsipi təkcə bizdə yox, digər yerlərdə də eyni formada tətbiq olunur. Gürcüstandakı münaqişəyə baxın, ya da Ukraynada, Dnestryanıda… İstənilən yerdə siz bu ssenarini görə bilərsiniz. İlk dəfə cənab İlham Əliyev dedi ki, “status-kvo cəhənnəmə getdi”. Biz bu ssenarini dəyişdik. Biz o vaxt Heydər Əliyev tərəfindən daşları daş üstə yığmaqla qələbənin bünövrəsini qoyduq”, Tofiq Zülfüqarov bildirib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol