Konstitusiyada dəyişiklik edilməsi Ermənistanın daxili işidir.
BUTA.TV xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan “Orbeli” analitik mərkəzi tərəfindən təşkil edilən və İrəvanda keçirilən “Sülh haqqında viktorina: Ermənistan xarici işlər naziri ilə söhbət” adlı konfransda azərbaycanlı jurnalistin sualına cavabında deyib.
Mirzoyan Azərbaycandan olan bir jurnalistin iştirakını alqışlayıb, amma sualın şablon olmasına təəccüblənib.
“Yerinizdə olsaydım, daha az çeynənmiş sual vermək fürsətindən yararlanardım”, - Mirzoyan bildirib.
Buna baxmayaraq, erməni nazir sualı cavablandırıb və bildirib ki, bu məsələ dəfələrlə azərbaycanlı məmurlar tərəfindən qaldırılıb və İrəvanın cavabı da dəyişməyib – bu, Ermənistanın daxili işidir:
“Biz Ermənistan və Azərbaycan konstitusiyalarının danışıqlar mövzusu olması fikrini bölüşmürük. Sonuncu Ermənistan üçün təhdidlər təşkil edir. Sülh bərqərar olub və əsas məsələlərdə razılıq əldə edilib. Lakin fikir ayrılığı olan məsələlər də var. "Nə etməli? Azərbaycan deyir ki, əgər belədirsə, sülh müqaviləsi imzalamayacağıq. Biz deyirik ki, belə etməyin”.
Mirzoyan buna baxmayaraq, müqavilənin paraflandığını, mühüm bir məqsədə nail olunduğunu, Ermənistan və Azərbaycan xalqlarının sülhdən zövq aldığını və gələcək proseslərin imzalanmaya gətirib çıxaracağına ümid olduğunu bildirib:
“Ermənistanın belə bir iradəsi var, biz bu yolu gedirik və təxribatlara uymuruq”.
- Azərbaycandan gələn buğda yoxlanılacaq - Arutyunyan
- Rusiya Abbasovu 17 il azadlıqdan məhrum etdi
- Tariximizin Zəfər salnaməsi!
- Araikin cinayətlərdə iştirakı sübutlarla təsdiqləndi
- Məlum oldu ki, Bakı belə bir imkan da yaradır - Paşinyan
- Türkiyə F-16-ları Azərbaycana göndərir
- Paşinyandan Azərbaycan açıqlaması: Bu tarixi hadisədir!
- Ramiz Mehdiyevin dustaq edildiyi evə yalnız o gedə bilir - Qənbər kimdir?