Bəzi müəssisələrdə əlavə ödənişlərin tələb edilməsi, tibbi sərfin vətəndaşa aldırılması, imtiyazlı xəstələrə dərman təminatının qanunvericiliyə uyğun təşkil edilməməsi və s. kimi hallar yolverilməzdir.
BUTA.TV xəbər verir ki, bu fikirlər TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun rəhbərliyi ilə "İlin yekunlarına və növbəti il üçün qarşıya qoyulan hədəflərə dair" keçirilən müşavirədə səsləndirilib.
Müşavirədə eyni zamanda tibb müəssisələrində tibbi xidmətin təşkilində mövcud çətinliklər, idarəetmə və maliyyə proseslərində rast gəlinən nöqsanlar, həmçinin neqativ hallarla bağlı xəbərdarlıqlar diqqətə çatdırılıb.
Bununla yanaşı, aparılan yoxlamalarda ayrı-ayrı tibb müəssisələrində sterilizasiya, infeksiyaya nəzarət və keyfiyyət standartlarının tələblərinə tam əməl olunmaması ilə bağlı müşahidələrin qeydə alındığı bildirilib.
Vüqar Qurbanov məsul şəxslərə nəzarətin gücləndirilməsi və aşkarlanan çatışmazlıqların aradan qaldırılması ilə bağlı tapşırıqlar verib.
- İçkiyə ən çox pul xərcləyən bölgələr - Siyahı
- Baş nazirdən DTX ilə bağlı qərar
- "Azercell" bununla bağlı beynəlxalq sertifikasiyasını yenilədi
- Azərbaycan sərhədlərarası ani ödənişlərə hazırlıq görür
- Bu, köçkün ailələrin qayıdışına ciddi maneə törədir...
- Bakının məşhur gecə klubunun qarşısında dava: İki mühafizəçi...
- Ermənistan Rusiyadan yeni “Tor” kompleksləri aldı
- “Bakı Bus” milyonları hara xərcləyir?