Leyla Əliyeva Efiopiyanın baş naziri ilə görüşdü

18:24 - 19 Yanvar 2026 - GÜNDƏM

 Leyla Əliyeva Efiopiyanın baş naziri ilə görüşdü

Leyla Əliyeva ilə Efiopiyanın Baş naziri Abiy Əhməd Əli arasında görüş keçirilib.

BUTA.TV xəbər verir ki, söhbət zamanı Azərbaycan ilə Efiopiya arasındakı ikitərəfli münasibətlərin hazırkı vəziyyəti və perspektivləri ətraflı müzakirə olunub.

Səmimi dialoq şəraitində keçən görüşdə Leyla Əliyeva Azərbaycan Respublikası Prezidentinin salamlarını qarşı tərəfə çatdırıb və dövlətimizin başçısının adından Baş naziri ölkəmizə səfərə dəvət edib.

Efiopiyanın Baş naziri Abiy Əhməd Əli dəvəti böyük məmnuniyyətlə qəbul edərək, Azərbaycan Prezidenti haqqında yüksək ehtiramla danışaraq, xoş sözlərini ifadə edib.

Bu xəbər hal-hazırda çox oxunur
ABŞ Rusiyanı belə çökdürür - Tayms

Baş nazir ölkəmizdə gedən sürətli inkişaf prosesini təqdir etdiyini bildirib. O, Prezident İlham Əliyevin həyata keçirdiyi uzaqgörən siyasəti və beynəlxalq aləmdəki yüksək nüfuzunu xüsusi vurğulayaraq, iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın dərinləşdirilməsinin əhəmiyyətindən söz açıb.

Görüşdə, həmçinin işğaldan azad edilmiş torpaqlarda aparılan genişmiqyaslı bərpa və quruculuq işləri barədə məlumat verilib.

Vurğulanıb ki, Azərbaycanın 2024-cü ilin noyabrında ev sahibliyi etdiyi COP29 tədbirinin uğurlu təcrübəsi böyük maraqla qarşılanıb. Bu təcrübənin 2027-ci ildə Efiopiyada keçiriləcək COP32 konfransında tətbiq edilməsi imkanları müzakirə olunub. Hər iki ölkə arasında bu mühüm sahədə təcrübə mübadiləsinin aparılmasının vacibliyi bir daha qeyd edilib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol