Suriyanın keçid dövrü Prezidenti Əhməd əl-Şaraa və ölkənin xarici işlər naziri Əsəd Həsən Şeybani paytaxt Dəməşqdə yerləşən yerli restoranlardan birində yemək yeyərkən görüntüləniblər.
“BUTA.TV” xəbər verir ki, görüntülərin yayılmasından sonra iki rəsmi şəxsin ictimai məkanda, sadə və təhlükəsizlik tədbirlərinin minimal olduğu şəraitdə görünməsi diqqət çəkib.
Məlumata görə, əl-Şaraa və Şeybani restorana daxil olaraq masa arxasında yemək sifariş ediblər və ətrafdakı vətəndaşlarla qısa söhbətlər də ediblər. Onların davranışlarının təbii və rəsmi protokoldan kənar olması sosial mediada maraq doğurub.
Paylaşılan videolar qısa müddətdə sosial şəbəkələrdə yayılaraq çox sayda izlənmə toplayıb və ölkə gündəmində müzakirə mövzusuna çevrilib.
- Bazar günü hava necə olacaq?
- Nazir ona yüksək vəzifə verdi
- Abşeronda faciə: azyaşlını motosiklet vurub öldürdü
- Kişinin saqqalının tükü qəbirdə nizamını itirməmiş “TikTok”u seçdik...
- Talassemiyanın gen daşıyıcıları əsgər gedir?
- Nazir Dilqəm Məhərrəmovu bu klinikaya direktor təyin etdi
- Bakıda yanğın təhlükəli anbarın fəaliyyəti dayandırıldı - Video
- “AzerGold”da Adam Roble ilə görüş oldu