“AzerGold” QSC-də İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantıları çərçivəsində ölkəmizdə səfərdə olan Somali İnkişaf və Yenidənqurma Bankının baş direktoru Adam Roble ilə görüş keçirilib.
Görüş zamanı “AzerGold” QSC-nin İdarə Heyətinin üzvü - Sədrin müavini Xəyyam Fərzəliyev şirkətin fəaliyyətinin əsas istiqamətləri, əldə etdiyi nəticələr və dayanıqlı inkişaf sahəsində gördüyü işlər barədə danışıb. O, Cəmiyyət tərəfindən geoloji kəşfiyyat, hasilat və emal proseslərinin beynəlxalq qabaqcıl təcrübəyə uyğun həyata keçirildiyini diqqətə çatdırıb, həmçinin mövcud layihələr və gələcək inkişaf perspektivləri barədə ətraflı məlumat verib.
Adam Roble təmsil etdiyi maliyyə institutunun fəaliyyəti və Somalinin mineral resurs potensialı haqqında bəhs edib. O qeyd edib ki, bank hazırda Somalinin qızıl, uran, litium və titan kimi zəngin yeraltı sərvətlərinin öyrənilməsi, xəritələşdirilməsi və tarixi geoloji məlumatların bərpasını nəzərdə tutan milli proqramın icrasında iştirak edir.
Baş direktor beynəlxalq investorların cəlb edilməsi, geoloji kəşfiyyat və hasilat sahələri üzrə “AzerGold” QSC-nin qabaqcıl təcrübəsindən faydalanmaq niyyətində olduqlarını vurğulayıb.
Sonda qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb, gələcək tərəfdaşlıq imkanlarının konkret müstəvidə müəyyən edilməsi məqsədilə xarici layihələrin inkişafı üzrə məsul struktur bölmələr səviyyəsində məlumat mübadiləsinin davam etdirilməsi barədə razılığa gəlinib.
- Bazar günü hava necə olacaq?
- Nazir ona yüksək vəzifə verdi
- Abşeronda faciə: azyaşlını motosiklet vurub öldürdü
- Kişinin saqqalının tükü qəbirdə nizamını itirməmiş “TikTok”u seçdik...
- Talassemiyanın gen daşıyıcıları əsgər gedir?
- Nazir Dilqəm Məhərrəmovu bu klinikaya direktor təyin etdi
- Bakıda yanğın təhlükəli anbarın fəaliyyəti dayandırıldı - Video
- “AzerGold”da Adam Roble ilə görüş oldu