16 yaşlı qız evdə qəbul etdiyi dərmandan öldü

15:24 - 20 İyun 2026 - HADİSƏ

 16 yaşlı qız evdə qəbul etdiyi dərmandan öldü

Saatlı rayonunda 16 yaşlı qız dərmandan zəhərlənib.

BUTA.TV Oxu.az-a istinadla xəbər verir ki, hadisə rayonun Bəylik kəndində baş verib.

Kənd sakini 2010-cu il təvəllüdlü Z.Novruzlu evdə qəbul etdiyi dərmandan zəhərlənib.

O, əvvəlcə Saatlı Rayon Mərkəzi Xəstəxanasına (RMX) çatdırılıb. Vəziyyəti ağır olan yeniyetmə qıza ilkin tibbi yardım göstəriləndən sonra o, Bakıya Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə köçürülüb. Z.Novruzlu iyunun 19-da orada ölüb.

Faktla bağlı araşdırma aparılır.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol