“Adını Albert qoy!” reportajıma bundan uğurlu ad axtarmadım. Dostum-çox maraqlı publisist, Elbrus Ərudun kitabının adıdır...
O, müharibə hekayələrindən bəhs edən kitabına Milli Qəhrəman Albert Aqarunova ithaf etdiyi məqalənin adını qoyub”.
“BUTA.TV” xəbər verir ki, bu fikirlər “Real TV”nin baş direktoru Mirşahin Ağayevin Milli Qəhrəman Albert Aqarunova qarşı qarayaxma kampaniyası aparmağa cəhd edənlərlə bağlı növbəti reportajında yer alıb.
O, sözügedən süjetdə yaxın tariximizi onu unudanlara bir daha xatırladıb.
Əməkdar jurnalist Albert Aqarunovun və onun kimi minlərlə igidimizin ruhuna hörmətsizlik etməyə çalışanları 1992-ci ilin mayında Milli Qəhrəmanın Şuşada vurduğu 442 nömrəli erməni tankın ekipajına bənzədib:
“Alberti, onun timsalında Zəfər, şəhadət tariximizi və bütün Milli Qəhrəmanlarımızı ləkələməyə çalışırlar. Toxunulmazların üzərinə gedənlər, müqəddəs dəyərlərimizi murdarlayanlar bilərəkdən, ya da cahillikdən özlərini 442-ci tankın ekipajına çevirir”.
Ətraflı videomaterialda:
- Adını Albert qoy! - Video
- Bu şəxslərin imtahan nəticələri ləğv edildi
- Bu qrup üzrə bir abituriyent 700 bal topladı
- Qəbul imtahanının nəticəsi elan olundu
- Kitabın qəhrəmanıdır, tankın kabusu... - Video
- MÜTDA-dan sertifikatlaşdırma imtahanı ilə bağlı məlumat
- Sabah bu rayonda qaz olmayacaq
- Naxçıvanda çaylardan sel keçir