Masazırda normal səki mövcud deyil - Ekspert

14:12 - 25 İyun 2026 - GÜNDƏM

 Masazırda normal səki mövcud deyil - Ekspert

70 min əhalisi olan Masazır qəsəbəsində belə normal səki infrastrukturu, demək olar ki, mövcud deyil.

BUTA.TV xəbər verir ki, bunu nəqliyyat eksperti Ərşad Hüseynov “Yol hərəkəti təhlükəsizliyi: hüquq və vəzifələr” və “Müasir şəhərsalmada piyada təhlükəsizliyi” layihələri çərçivəsində keçirilən ictimai müzakirədə deyib.

“Piyada təhlükəsizliyi sahəsində ən ciddi problemlərdən biri yaşayış məntəqələrində səkilərin çatışmazlığıdır. Piyada təhlükəsizliyinin təmin olunması üçün ilk növbədə yeni səkilərin inşası və mövcud səkilərin standartlara uyğunlaşdırılması əsas hədəf olmalıdır.

İllərdir yol hərəkəti hadisələri və təhlükəsizliklə bağlı müxtəlif qanunlar qəbul olunsa da, səki probleminin həlli istiqamətində ciddi irəliləyiş müşahidə olunmur. Problemin hansı qurumun səlahiyyətinə aid olması və məsuliyyətin bir qurumdan digərinə ötürülməsi vəziyyəti daha da çətinləşdirir”, - o bildirib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol