Azərbaycanın Tehrandakı səfirliyinə qarşı törədilən terror aktına görə bütün məsuliyyət İran tərəfinin üzərinə düşür.
BUTA.TV xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova İƏT Pİ Konfransının 17-ci sessiyasında çıxış edərkən deyib.
O, Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə qarşı yanvarın 27-də törədilən terror aktından danışaraq, bu xain terror hücumunu qətiyyətlə pisləyib və bunun ciddi beynəlxalq reaksiyaya səbəb olduğunu qeyd edib.
Bu terror aktına görə bütün məsuliyyətin İran tərəfinin üzərinə düşdüyünü deyən spiker bildirib ki, səfirliyin yerləşdiyi ölkə olaraq İran tərəfi səfirliyin və onun əməkdaşlarının təhlükəsizliyinin təmin olunması ilə bağlı diplomatik əlaqələr haqqında Vyana Konvensiyasından irəli gələn öhdəliklərini yerinə yetirməli idi.
"Biz bu terror aktını törədənlərin, eləcə də bu qanlı aktın sifarişçilərinin ən qısa zamanda müəyyən edilməsini və ən obyektiv şəkildə cəzalandırılmasını tələb edirik", - spiker bildirib.
- Hind şirkətləri Azərbaycana tur paketlərin satışını dayandırır
- Moskvada paradda bu ölkələrin hərbçiləri iştirak etdi - Siyahı
- İlk dəfə: Heydər Əliyev haqda məşhur film farsca – Video
- Rus və alman siyasətçiləri Bakıda gizli görüş keçirdi
- Putin azərbaycanlı polkovniklə salamlaşdı - Video
- Hindistan-Pakistan savaşı olacaq, qalib isə… - Ekstrasens
- Tarix necə dəyişdi? – 9 Mayla bağlı maraqlı sənəd - Foto
- "Xocalı" yarımstansiyası və Rəqəmsal İdarəetmə Mərkəzinin açılışı oldu