Türkiyədə baş vermiş dağıdıcı zəlzələdən sonra yaşayış binalarının, eləcə də digər təyinatlı obyektlərin təhlükəsizliyini aktuallaşdırıb.
BUTA.TV "Xəzər Xəbər"ə istinadən xəbər verir ki, mütəxəssislərin fikrincə, binalar bir-birinə nə qədər yaxın inşa edilərsə, zəlzələ zamanı dağıntı və təlafat bir o qədər çox olur.
Paytaxt Bakıda da az qala bir-birinə söykənərək inşa edilən yüzlərlə bina var.
Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı bildirir ki, 2019-cu ilə qədər inşa edilmiş binaların əksəriyyəti ara məsafəsinə əməl edilmədən tikilib.
Ekspert qeyd edir ki, hətta sıxlıq əmsalı tətbiq ediləndən sonra da bir çox ərazilərdə binaların yerləşməsi ilə bağlı qaydaların kobud şəkildə pozulması müşahidə edilir.
Ramil Osmanlının sözlərinə görə, bir-birinə yaxın inşa edilən binalar təhlükəsizlik baxımından böyük risk daşıyır. Digərindən cəmi bir neçə metr aralıda inşa edilən onlarla binanın həyətində cəmi bir avtomobil keçəcək qədər məsafə qoyulur. Bu isə fəlakət anında əraziyə girişi də tamamilə bloklamış olur.
Ekspertlər hesab edirlər ki, qarşıdakı illərdə vətəndaşlar daha çox həyət evlərindən mənzil almağa üstünlük verəcəklər.
- İlham Əliyev dövründə ən böyük amnistiya aktları...
- Lavrov bu yolla Azərbaycanı da qorxutmağa çalışır
- Kalugin “hazırıq” dedi – İrəvan rədd etdi
- Azərbaycanlı senator axtarışa verildi
- Prezidentin bu təşəbbüsü xalqımıza ərməğandır
- Milli Məclis bu memorandumu ratifikasiya etdi
- Azərbaycanla bağlı şayiəni o şərəfsiz yayıb - Ermənistan MN
- Prezident qurultay iştirakçılarına müraciət ünvanladı