Almaniya Xarici İşlər Nazirliyi vətəndaşlarına Rusiyaya səfərdən çəkinməklə bağlı xəbərdarlıq edib.
BUTA.TV xəbər verir ki, XİN Rusiyadakı vətəndaşlarını yaxın günlərdə ehtiyatlı olmağa çağırıb.
“Rusiya Federasiyasına səfərlər tövsiyə edilmir”, - məlumatda deyilib.
Həmçinin Belqorod, Kursk, Bryansk, Voronej, Rostov və Krasnodara səfərlərə qarşı xəbərdarlıq edilib:
"Rusiya hökuməti 2023-cü il fevralın 20-dən fevralın 26-dək bir sıra tədbirlər, o cümlədən 23 və 24 fevral tarixlərində bayram günləri keçirməyi planlaşdırır. Xüsusilə sayıq və diqqətli olun, böyük izdihamdan qaçın".
- DÇ öncəsi qalmaqallı qarşılama - Futbolçular cinayətkar kimi yoxlanıldı - Video
- “Döyüş başlıqları anbarlardan çıxarılır” - SIPRI-dən həyəcan təbili
- Trampdan Netanyahuya sərt xəbərdarlıq - “Tezliklə tək qalacaqsan”
- Eldar Əzizovun oğlu yüksək vəzifəyə təyin olundu
- Vurulan gəmidə olan azərbaycanlıdan xəbər yoxdur - Video
- Bu gecə “qovuşurlar”
- Belarus klubu ev oyunlarını Sumqayıtda keçirəcək
- Sabah Bakının bu qəsəbələrində qaz olmayacaq