Təxminən iki aya yaxın müddətdən sonra yenə dövlət sərhədlərinin, eyni zamanda rus sülhməramlıların müvəqqəti məsuliyyət zonasındakı erməni terrorçuları tərəfindən əsgərlərimizin mövqelərinin atəşə tutulması birmənalı şəkildə təxribatdır.
Bu sözləri BUTA.TV-a Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu və Tovuz istiqamətlərindəki dövlət sərhəddinin, eyni zamanda Azərbaycan Ordusun Şuşa, Xocavənd və Kəlbəcər rayonlarındakı mövqelərinin atəşə tutulması haqqında danışan Türkiyənin Sütçü İmam Universitetinin Siyasi elmlər və beynəlxalq münasibətlər kafedrasının müdiri, professor Toğrul İsmayıl deyib.
“Hazırda Rusiyanın Ermənistanda dəstəklədiyi qüvvələr var və AB-nin daha uzunmüddətli missiyasını oraya göndərməsi vəziyyəti daha da gərginləşdirəcək. Paşinyanın qərbyönümlü siyasəti tədricən açıq mərhələyə keçir. Moskva isə bundan narazıdır. Çünki Rusiya AB-nin və dolayısı ilə ABŞ-ın onu Cənubi Qafqazdan sıxışdırıb çıxarmaq və bölgəyə yerləşmək niyyətində olduğunu bilir. Rusiya XİN-in AB-nin Ermənistana missiya göndərilməsi haqqında açıqlaması da bunu sübut edir. Dövlət sərhədində və Qarabağda baş verən son təxribatların arxasında Rusiyanın olduğunu düşünürəm. Rusiya bununla “Avropa gəldi, yenə ortalıq qarışdı” demək istəyir.
Fikrimcə, sərhədlərimizin atəşə tutulmasını əsas götürərək, Azərbaycan da Türkiyədən müşahidə missiyalarını ölkəyə dəvət edə və müxtəlif istiqamətlərdə yerləşdirə bilər. Şuşa Bəyannaməsi də bu imkanı bizə verir. Ümumiyyətlə isə Rusiya ilə Ermənistan arasındakı vəziyyətin kəskinləşməsi, bu fonda daha genişmiqyaslı təxribatların baş verməsi gözləniləndir”, - professor bildirib.
- Qarabağ Universitetinə 17 milyon pul ayrılıb
- Qaydanı pozan “Gelandevagen”in sürücüsü saxlanıldı
- Həmin sürücü saxlanıldı, maşını cərimə meydançasına salındı - Foto
- Ata-oğulun öldüyü hadisənin - Təfərrüatı
- Etibarnamə alıb-verənlərin nəzərinə! - Yeni qayda qüvvəyə minir
- “Prius” maneəyə çırpıldı: ölən var
- Bakıda şadlıq sarayının qarşısında kütləvi dava - Foto
- Evdə tək yaşayan 91 yaşlı qadın yanaraq öldü