Rusiya-Ukrayna müharibəsi fonunda həm Putinin, həm də Baydenin son bəyanatları zatən kifayət qədər mürəkkəb olan geosiyasi vəziyyətə əlavə gərginlik qatmayacaq. Müharibə davam edir, yaxın aylarda fəal hücum və əks-hücumlar gözlənilir. Belə bir prosesdə səsləndirilən fikirlər, hansısa səviyyədə diplomatik fəallığın artırılması sırf informasiya müharibəsinə yönəlib. Son zamanlar yaşanan geosiyasi proseslərdə ən çox diqqət çəkən məqam Çindir. Pekin aktiv şəkildə işləyir. Yüksək rütbəli diplomatların Rusiyaya və Avropaya səfəri, onların sülh planı hazırlayıb təqdim etməsi Çinin mövcud prosesdə aparıcı fəallığa olan iddiasıdır.
Bu sözləri BUTA.TV-a politoloq Fərhad Məmmədov deyib.
Politoloq bildirib ki, qlobal siyasi gərginlik Azərbaycana da ciddi təsir göstərir:
“Xüsusilə Bakı-İrəvan sülh prosesinə. Çünki Kremlin mövqeyi zəiflədikcə, Ermənistan Rusiyanın vasitəçiliyi ilə üzərinə götürdüyü öhdəliklərdən yayınır. Bu da Bakının təktərəfli addım atmasına gətirib çıxarır.
Digər tərəfdən Rusiya-Qərb gərginliyi Bakı-İrəvan arasındakı vasitəçilərin də münaqişəsinə səbəb olur. Rusiya XİN nümayəndəsi Qaluzin və AB-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Klaar arasında danışıq olub. Kreml açıq şəkildə AB-yə Ermənistana göndərdiyi missiyaya görə etirazını bildirib. Və diqqət edək! Moskva bunun gələcəkdə eskalasiyaya səbəb ola biləcəyinə eyham vurub. Bəli, belə eskalasiya baş verə bilər.
Təbii ki, pozitiv məqamlar da var. Rusiya Qərb münaqişəsi fonunda “Orta dəhliz” məsələsinə getdikcə daha çox diqqət ayrılır. Bunu Vaşinqton, Moskva və Pekinin simasında müşahidə edirik”.
- Qarabağ Universitetinə 17 milyon pul ayrılıb
- Qaydanı pozan “Gelandevagen”in sürücüsü saxlanıldı
- Həmin sürücü saxlanıldı, maşını cərimə meydançasına salındı - Foto
- Ata-oğulun öldüyü hadisənin - Təfərrüatı
- Etibarnamə alıb-verənlərin nəzərinə! - Yeni qayda qüvvəyə minir
- “Prius” maneəyə çırpıldı: ölən var
- Bakıda şadlıq sarayının qarşısında kütləvi dava - Foto
- Evdə tək yaşayan 91 yaşlı qadın yanaraq öldü