Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin (ETX) rəisi Şahin Əliyev vəzifəsindən ayrılıb.
BUTA.TV Report-a istinadən xəbər verir ki, o, nazirliyin tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi sədrinin müşaviri vəzifəsinə təyin edilib.
Elektron Təhlükəsizlik Xidmətinin rəisi vəzifəsinin icrası müvəqqəti olaraq qurumun rəis müavini Samir Rəsulova həvalə edilib.
ETX-dən faktı təsdiq ediblər.
- Qarabağ Universitetinə 17 milyon pul ayrılıb
- Qaydanı pozan “Gelandevagen”in sürücüsü saxlanıldı
- Həmin sürücü saxlanıldı, maşını cərimə meydançasına salındı - Foto
- Ata-oğulun öldüyü hadisənin - Təfərrüatı
- Etibarnamə alıb-verənlərin nəzərinə! - Yeni qayda qüvvəyə minir
- “Prius” maneəyə çırpıldı: ölən var
- Bakıda şadlıq sarayının qarşısında kütləvi dava - Foto
- Evdə tək yaşayan 91 yaşlı qadın yanaraq öldü