Bələdiyyələrlə bağlı dəyişikliklərin edilməsi üçün yəqin ki, Milli Məclisin Regional məsələlər komitəsi müəyyən qanun layihələri hazırlaya bilər. Çünki parlament qanunverici orqan olduğundan buna səlahiyyəti var. Ədliyyə Nazirliyi olaraq biz də lazımi köməklikləri göstərməyə hazırıq.
BUTA.TV xəbər verir ki, bunu ədliyyə nazirinin müavini Vilayət Zahirov parlamentin fevralın 24-də keçirilən plenar iclasında "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi" ilə bağlı səsləndirilən təkliflərə cavabında deyib.
Nazir müavini xatırladıb ki, bələdiyyələrin və üzvlərinin sayının azaldılması qüvvədə olan qanunvericiliyə uyğun həll edilir:
“Bələdiyyələrin səlahiyyətləri də konstitusiyaya uyğun tənzimlənir. Dəyişiklik istəyiriksə, mütləq şəkildə konstitusiyaya yenidən baxılmalıdır. Bələdiyyə sədrləri və üzvlərinin iştirakı ilə görüşlərin keçirilməsi də mümkün ola bilər”.
- Emin Xəzərin Dağıstan sahillərində otel tikmək istəyir
- Eks-məmur kommunal pulunu ödəmədi - Dava düşdü
- İrandan 32 kq narkotik keçirilməsinin qarşısı alındı - Foto
- Qaraşova sui-qəsd hazırlayan şəxs barəsində qərar
- Qızıl kreditini bu banka gətirənlərə endirim var
- ADU ilk dəfə RUR beynəlxalq reytinqində yer aldı
- Azadlıq prospektində qəribə hadisə - Maşının üzərində uzandı-Video-Yenilənib
- Azərbaycan vətəndaşları Gürcüstandan deportasiya edildi - Video