Azərbaycandakı bütün məscidlərdə Xocalı soyqırımının qurbanları yad edilib, namazlar qılınıb.
BUTA.TV xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə jurnalistlərə açıqlamasında deyib.
"İctimaiyyətə Xocalı soyqırımının həqiqətləri çatdırılır. Həm də dini konfessiyalarla birlikdə dünya ictimaiyyətinə ünvanladığımız bəyanatımız da olub. Bir daha onların yadına saldıq ki, dünyada Xocalı soyqırımının təkrarı olmasın. İnanıram ki, dünya ictimaiyyəti bundan dərs götürəcək və bu faciə kimi hadisələr bir daha baş verməyəcək", - A.Paşazadə bildirib.
- FHN növbəti açıq qapı günü tədbiri keçirdi
- Ceyhun Salmanov hakim qarşısına çıxarılır
- Pensiya və maaşları istənilən bankdan ala biləcəyik
- İçkiyə ən çox pul xərcləyən bölgələr - Siyahı
- Baş nazirdən DTX ilə bağlı qərar
- "Azercell" bununla bağlı beynəlxalq sertifikasiyasını yenilədi
- Azərbaycan sərhədlərarası ani ödənişlərə hazırlıq görür
- Bu, köçkün ailələrin qayıdışına ciddi maneə törədir...