AZƏRTAC-ın İtaliya üzrə sabiq müxbiri Aygün Əliyeva 2020-ci ildə işdən azad edilməsi ilə bağlı məhkəməyə müraciət edib və indiyədək bu proses davam edir. 2022-ci ilin noyabrında AZƏRTAC-a yeni təyin edilən sədr Vüqar Əliyev Aygün Əliyevaya bu işdə barışıq təklif edib və bir neçə dəfə onunla şəxsən danışıb. Aygün Əliyevaya onun işdən çıxarılma əmrinin ləğv edilməsi və AZƏRTAC-da işə götürülməsi təklif olunub. Buna baxmayaraq, A.Əliyeva məhkəmə prosesinin davam etdirilməsində maraqlı olduğunu bildirib.
BUTA.TV xəbər verir ki, bu sözlər AZƏRTAC-ın yaydığı rəsmi məlumatda qeyd olunub.
"Aygün Əliyevanın və vəkili Bəhruz Bayramovun guya ona iş təklif edilmədiyi barədə açıqlamaları həqiqəti əks etdirmir və bu cür iddialar təəssüf doğurur. AZƏRTAC-ın rəhbərliyi bu işin qanun çərçivəsində həll edilməsinin tərəfdarıdır.
Qeyd edək ki, hazırda AZƏRTAC-da kadr islahatları aparılır. Eyni zamanda, agentliyin xarici ölkələrdəki müxbirlərinin fəaliyyətinə yenidən baxılır. Onların bir çoxunun vaxtilə necə təyin olunması suallar doğurur və bu istiqamətdə agentlikdə araşdırmalar davam etdirilir", - məlumatda bildirilib.
- Niderlandın İrandakı səfirliyi Bakıdan Tehrana qaytarıldı
- Yollarda görünüş məsafəsi məhdudlaşacaq - Xəbərdarlıq
- Bakı səmasında qəribə görüntü - Video
- Xameneinin dəfn tarixi açıqlandı
- “Azərlotereya” və "Liv Bona Dea" maarifləndirici görüş keçirdi
- EPIC-dən əmək qanunvericiliyi islahatlarına dair məlumat...
- Rövşən Rzayev vətəndaşlarla görüşdü
- FHN növbəti açıq qapı günü tədbiri keçirdi