Hazırda Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin çəkisi 64 kiloqramdır. Daha çox kilo itkisi olarsa, artıq sağalmaya bilər.
BUTA.TV xəbər verir ki, bunu ölkənin Ombudsman Aparatının məsləhətçilərinin həkimi Georgi Qriqoliya deyib.
O bildirib ki, siyasətçi arıqlamaqda davam edərsə və 55 kiloqrama düşərsə, o zaman geridönməz proseslər başlayacaq və o, yataq xəstəsi olaraq qalacaq:
"Kaxeksiya güclənir. Saakaşvili ilə baş verənlər təbiidir: o, arıqlayır, əzələ və artıq sümük toxumasının məhv edilməsi prosesi gedir. Bu, adekvat müalicə almadığı üçün baş verir".
- Bu rayonlarda qaz olmayacaq
- Niderlandın İrandakı səfirliyi Bakıdan Tehrana qaytarıldı
- Yollarda görünüş məsafəsi məhdudlaşacaq - Xəbərdarlıq
- Bakı səmasında qəribə görüntü - Video
- Xameneinin dəfn tarixi açıqlandı
- “Azərlotereya” və "Liv Bona Dea" maarifləndirici görüş keçirdi
- EPIC-dən əmək qanunvericiliyi islahatlarına dair məlumat...
- Rövşən Rzayev vətəndaşlarla görüşdü