BMT Baş Assambleyasının 77-ci sessiyasının prezidenti Ksaba Korosi Qoşulmama Hərəkatının COVID-19-dan sonrakı bərpaya həsr olunan zirvə görüşündə iştirak etmək məqsədilə martın 2-də Azərbaycana rəsmi səfər edəcək.
Bu barədə BUTA.TV-a BMT-nin Azərbaycan nümayəndəliyindən məlumat verilib.
Prezident C.Kőrösi dünyanın COVID-19 pandemiyasının təsirlərini aradan qaldırdığı bir vaxtda elmə, innovasiyaya, texnologiyaya və rəqəmsallaşmaya əsaslanan "yeni reallığa" ehtiyacın olduğunu vurğulayacaq.
Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə ölkəyə səfər edən C.Kőrösi ölkə başçısı və xarici işlər naziri Ceyhun Bayramovla görüşləri gözlənilir.
BMT Baş Assambleyasının 77-ci sessiyasının prezidenti səfəri martın 3-də başa çatacaq.
Səfər zamanı onu aparat rəhbərinin müavini Marani, habelə iqtisadiyyat və enerji məsələləri üzrə aparat rəhbərini müavini Məmmədova da daxil olmaqla dörd nəfərdən ibarət nümayəndə heyəti müşayiət edəcək.
Səfərin xərcləri Baş Assambleya Prezidenti idarəsinin etimad fondundan qarşılanacaq.
- Sel Laza yolunu bu hala saldı
- Dövlət vəsaitini talayan şəxslərə hökm oxundu
- Eynulla Fətullayevin saytını satdığı Adəm İsmayılov kimdir?
- Sahil Tahirli Speys TV-də vəzifəyə təyin olundu
- Bu fondun səlahiyyətləri artırıldı
- İlham Əliyev iki fərman imzaladı
- Abel Məhərrəmova vəzifə verildi
- Bu rayonlarda qaz olmayacaq