Finlandiya Rusiya ilə sərhəddə inşa edəcəyi səddin üç kilometrlik sınaq hissəsinin tikintisinə başlayıb.
BUTA.TV xəbər verir ki, tikinti işləri fevralın 27-də İmatra sərhəd-keçid məntəqəsi rayonunda start götürüb.
Sınaq zamanı səddin qış temperaturuna və qar kütləsinə, həmçinin Rusiyadan mümkün insan axınına tab gətirib-gətirməyəcəyi yoxlanılacaq. Respublikanın hakimiyyət orqanları inşası 2023-cü ildə başa çatacaq səddin tikintisinə 6 milyon avro ayırıb.
Finlandiya Rusiya ilə 1300 kilometrlik sərhədə malikdir. İki-üç il ərzində sərhədin 10-20 faizində texniki nəzarət sistemləri ilə təchiz olunan səddin inşasını planlaşdırır.
- Sel Laza yolunu bu hala saldı
- Dövlət vəsaitini talayan şəxslərə hökm oxundu
- Eynulla Fətullayevin saytını satdığı Adəm İsmayılov kimdir?
- Sahil Tahirli Speys TV-də vəzifəyə təyin olundu
- Bu fondun səlahiyyətləri artırıldı
- İlham Əliyev iki fərman imzaladı
- Abel Məhərrəmova vəzifə verildi
- Bu rayonlarda qaz olmayacaq