Azərbaycan-Kuba əməkdaşlığının inkişafı üçün böyük perspektivlər var və bu, səhiyyə sahəsində xüsusi əhəmiyyət kəsb edir.
BUTA.TV xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Kuba Respublikasının vitse-prezidenti Salvador Antonio Valdes Mesanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən bildirib.
Dövlətimizin başçısı, həmçinin turizm, təhsil, kənd təsərrüfatı, mədəniyyət, əczaçılıq kimi sahələrdə əlaqələri inkişaf etdirmək üçün imkanların olduğunu deyib.
Ölkələrimizin ənənəvi dostluq münasibətlərini, beynəlxalq təşkilatlarda, o cümlədən Qoşulmama Hərəkatında sıx əməkdaşlıq etdiyini vurğulayan Prezident İlham Əliyev pandemiya dövründə kubalı həkim və tibb işçilərinin Azərbaycandakı fəaliyyətinin yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.
- Sel Laza yolunu bu hala saldı
- Dövlət vəsaitini talayan şəxslərə hökm oxundu
- Eynulla Fətullayevin saytını satdığı Adəm İsmayılov kimdir?
- Sahil Tahirli Speys TV-də vəzifəyə təyin olundu
- Bu fondun səlahiyyətləri artırıldı
- İlham Əliyev iki fərman imzaladı
- Abel Məhərrəmova vəzifə verildi
- Bu rayonlarda qaz olmayacaq