İran təxminən 12 gün ərzində atom bombası hazırlamaq üçün lazım olan nüvə materiallarını istehsal edə bilər.
BUTA.TV xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirinin müavini Kolin Kahl Nümayəndələr Palatasında keçirilən görüş zamanı deyib.
“Biz JCPOA-dan çıxdığımız vaxtdan İranın nüvə proqramında əhəmiyyətli irəliləyiş olub. Əvvəlki hökumət 2018-ci ildə JCPOA-dan çıxmaq qərarına gələndə, İrana nüvə materialını istehsal etmək üçün təxminən 12 ay vaxt lazım idi. İndi isə təxminən 12 gün bəs edər”, - Kahl deyib.
”Röyters”in məlumatına görə, 2015-ci ildə JCPOA nüvə sazişi bağlanarkən İranın atom bombası yaratmasına bir il qaldığı proqnozlaşdırılırdı.
- Əli Kərimlidən yeni xəbər
- Çin Rusiyanın parçalanmasına hazırlaşır: Bu torpaqları alacaq!
- Hərbi Hava Qüvvələrinin döyüş fəaliyyəti yoxlanıldı
- Azərbaycan-Türkiyə Hərbi Dialoq İclası keçirilir
- Abbasovun xəyanəti, ermənilərlə qohumluğu və Kremlin...
- Ordumuzun məhv etdiyi erməni hərbçilərin ailələrindən tələb
- Ölkədə bu qurumlar birləşdirildi
- Bakcell “İnklüzivlikdə İnnovativ Həllər” tədbirinə dəstək oldu