Hazırda Türkiyənin zəlzələ bölgəsində axtarış-xilasetmə əməliyyatları dayandırılıb.
BUTA.TV xəbər verir ki, bu barədə fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev deyib.
Onun sözlərinə görə, infrastrukturun bərpası üzrə işlər aparılır.
"Türkiyədə baş verən zəlzələlər ümumi sahəsi 110 min kvadrat metr olan, 14 milyon əhalinin yaşadığı 11 vilayəti əhatə edib. Təbii fəlakət zonasında binaların əksəriyyəti müxtəlif dərəcədə zərər görüb. Bu bölgələrdə zədələnməmiş binalar olsa da, orada yaşamaq qəti qadağandır", - o deyib.
Xatırladaq ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.
Qeyd edək ki, Azərbaycan Respublikası FHN xilasediciləri Prezident İlham Əliyevin tapşırığı ilə Türkiyəyə ezam olunmuşdular.
- “Məni vurdu, bildirdi ki, evdə desən, qiymətini kəsəcəyəm” - Video
- Bakının bəzi ərazilərində qaz olmayacaq
- Bu evlər cəmi 2 saata hazır olur
- Sel Laza yolunu bu hala saldı - Fotolar
- Dövlət vəsaitini talayan şəxslərə hökm oxundu
- Eynulla Fətullayevin saytını satdığı Adəm İsmayılov kimdir?
- Sahil Tahirli Speys TV-də vəzifəyə təyin olundu
- Bu fondun səlahiyyətləri artırıldı